İsrail və Böyük Britaniya arasında diplomatik gərginlik yeni mərhələyə keçib. Təl-Əviv Londondan Şərqi Qüdsdə fəaliyyət göstərən baş konsulluğunu 30 gün ərzində bağlamağı tələb edib.
Army.az xəbər verir ki, bu barədə “Reuters” məlumat verib.
Bildirilib ki, konsulluqda çalışan britaniyalı diplomatların diplomatik statusu da həmin müddətdən sonra ləğv ediləcək.
Bundan başqa, İsraildə yerləşən Qəzza üzrə koordinasiya missiyasında çalışan britaniyalı rəsmilərə, eləcə də Ramallahdakı diplomatlara ölkəni tərk etmələri üçün yeddi gün vaxt verilib.
