Ev Dünya“Bizim nüvə silahımız var” – Medvedev

“Bizim nüvə silahımız var” – Medvedev

by Baş Redaktor
57 Baxış

“Ukraynadakı münaqişə bizim şərtlərimizlə başa çatmasa, qlobal münaqişəyə çevrilə bilər”.

Army.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Axı bizə kim hücum edə bilər? Bizim nüvə silahımız var”, – deyə o əlavə edib.

Medvedev NATO-Rusiya münasibətlərinə də toxunaraq bildirib ki, Qərb Rusiyanın mövqeyini qəbul etməsə belə, Moskvanın narahatlıqlarını düzgün qiymətləndirə bilərdi.

banner

“Bizim raketlərimiz sizin şəhərlərinizə, sizin raketləriniz isə bizim şəhərlərimizə tuşlanıb. Siz bizə yaxınlaşdıqca uçuş müddəti qısalır. NATO-nun yaxınlaşmasına niyə sevinməliyik? Hamısı bunu başa düşür, amma bizim mövqeyimizi görməzlikdən gəldilər”, – Medvedev deyib.

Əlaqəli Yazılar Xüsusi