Ukraynada müdafiə-sənaye kompleksi üçün qorunan yeraltı istehsal müəssisələrinin yaradılmasına imkan verəcək hüquqi mexanizm hazırlanır.
Army.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müdafiə-sənaye kompleksi məsələləri üzrə müavini Hanna Qvozdyar açıqlama verib.
Təklif olunan yeniliklərə əsasən, özəl investorlar şəxsi və ya cəlb etdikləri vəsait hesabına yeraltı istehsal sahələri inşa edə biləcəklər.
Tikinti başa çatdıqdan sonra həmin obyektlərin müdafiə sənayesi müəssisələrinə mülkiyyət, istifadə və ya icarə hüququ əsasında verilməsi nəzərdə tutulur.
