33
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqların parlament seçkiləri başa çatmadan yenidən başlamasının mümkün olmadığını bildirib.
Army.az xəbər verir ki, bu barədə “Strana”nın Telegram kanalı məlumat yayıb.
Zelenski Moskva ilə danışıqların bərpasının vaxtı ilə bağlı suala cavabında yaxın perspektivdə belə bir görüşün baş tutacağını gözləmədiyini deyib:
“Düşünmürəm ki, Rusiyada parlament seçkiləri başa çatana qədər bizim danışıqlarımız olacaq”.
