39
İndoneziyanın Yava dənizində bərənin əlverişsiz hava şəraiti səbəbindən aşması nəticəsində azı 6 nəfər həlak olub, 130 nəfərin axtarışları davam edir.
Army.az xəbər verir ki Surabayadan Banjarmasinə gedən “Virgo Transport 8” gəmisində 243 nəfər olub. Onlardan 107-si xilas edilib.
İndoneziyanın nəqliyyat naziri Dudi Purvaqandi gəminin batmadığını, aşdığını bildirib. Hazırda ərazidə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparılır.