Ev DünyaPeskov : “Yeni eskalasiya addımıdır”

Peskov : “Yeni eskalasiya addımıdır”

by Baş Redaktor
15 Baxış

Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın enerji infrastrukturuna endirilən zərbələrə cavab veriləcəyi ilə bağlı açıqlamasını eskalasiyanı artıran bəyanat kimi qiymətləndirib.

Army.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat yayıb.

O bildirib ki, Moskva Kiyevin bu istiqamətdəki addımlarını diqqətlə izləyir.

Kremlin sözçüsü xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Rusiyaya və ölkə iqtisadiyyatına ciddi zərbə vurulmasını nəzərdə tutan 40 günlük plandan danışıb.

banner

Peskovun sözlərinə görə, Zelenskinin son açıqlaması da gərginliyin daha da artmasına səbəb ola biləcək yeni addım kimi dəyərləndirilir.

Əlaqəli Yazılar Xüsusi