Ev Hərbi Xəbərlərİran ABŞ-ın mümkün hücumlarına hazırlıq görür: min batalyon yaradılacaq

İran ABŞ-ın mümkün hücumlarına hazırlıq görür: min batalyon yaradılacaq

by Baş Redaktor
19 Baxış

İranda ABŞ tərəfindən mümkün hücum ehtimalına qarşı müdafiə tədbirləri çərçivəsində mindən artıq könüllü batalyonunun yaradılması nəzərdə tutulur. Bu təşəbbüs “Özünü fəda edənlər” kampaniyası çərçivəsində həyata keçiriləcək.

Army.az xəbər verir ki, kampaniyanın qərargahı bununla bağlı məlumat yayıb.

Məlumata əsasən, İranda yaşayan istənilən şəxs təşəbbüsə qoşularaq ölkənin müdafiəsində iştirak etmək üçün könüllü kimi qeydiyyatdan keçə bilər. Kampaniyaya müraciətlərin gözləniləndən çox olması nəticəsində min batalyonun təşkilinə qərar verilib.

Qeydiyyatdan keçən könüllülər sentyabrın 15-dən etibarən hərbi hazırlıq, eləcə də ilkin tibbi yardım üzrə xüsusi təlimlərə cəlb olunacaqlar.

banner

Əlaqəli Yazılar Xüsusi