BRICS sammitində İran Prezidenti Məsud Pezeşkianın çıxışı zamanı kameraların diqqətindən yayınmayan maraqlı görüntülər qeydə alınıb.
Army.az xəbər verir ki, Pezeşkianın çıxışı zamanı onun arxasında əyləşən Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Kaisvalın çərəz yeməsi diqqət çəkib.
Kadrlar zamanı Kaisvalın fasilələrlə çərəz yediyi, hətta ara-sıra barmaqlarını yalayaraq eyni əli ilə qutudan yenidən çərəz götürdüyü görünür. Bir müddət sonra yanında əyləşən şəxs çərəz qutusunu onun qarşısından götürərək kənara qoyub.
Sözügedən görüntülər sammitdən sonra sosial şəbəkələrdə sürətlə yayılıb və istifadəçilərin marağına səbəb olaraq viral xarakter alıb.
