Ev TexnologiyaErmənistan Hindistandan dron alır

Ermənistan Hindistandan dron alır

by Baş Redaktor
30 Baxış

Ermənistan Hindistandan hücum dronları almağa hazırlaşır.

Army.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Məlumata görə, Ermənistan Müdafiə Nazirliyi orta mənzilli PUA-ların müxtəlif xarici modellərini müqayisə edərək ölkə üçün ən uyğun variantı müəyyənləşdirməyə çalışıb. Araşdırma çərçivəsində ABŞ, Fransa, İran, Ukrayna, İsrail, Hindistan, Çin və Rusiyada istehsal olunan dronlar nəzərdən keçirilib.

Hərbi mütəxəssislərin Hindistan istehsalı “Divyastra MK-1” PUA-sını daha uyğun variant hesab etdiyi bildirilir. Qəzetin yazdığına görə, bu modelin üstünlükləri arasında nisbətən aşağı qiyməti, süni intellekt imkanları və qrup halında istifadəyə uyğunluğu göstərilir.

banner

Məlumata görə, Ermənistanın Rusiyadan PUA alması ABŞ və Avropa ölkələrinin narazılığına səbəb ola bilər. Bu səbəbdən İrəvanın Hindistanla əməkdaşlığı daha balanslı variant kimi nəzərdən keçirdiyi iddia olunur.

Əlaqəli Yazılar Xüsusi