Ev DünyaKərki ilə bağlı Paşinyandan yeni plan – Ermənilərin köçürülməsi müzakirə olunur

Kərki ilə bağlı Paşinyandan yeni plan – Ermənilərin köçürülməsi müzakirə olunur

by Baş Redaktor
34 Baxış

Ermənistan hökuməti Azərbaycanın Sədərək rayonunun Kərki kəndində yaşayan erməni sakinlərin köçürülməsi ilə bağlı üç variantı nəzərdən keçirir.

Army.az xəbər verir ki, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan Baş nazir Nikol Paşinyana sakinlərin Kərkidən başqa əraziyə köçürülməsi ilə bağlı təkliflər təqdim edib.

Variantlardan ikisi mövcud yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi və Kərkidən köçürüləcək sakinlərin həmin ərazilərdə yerləşdirilməsini nəzərdə tutur. Bundan başqa, köçürülənlər üçün qısa müddətdə bir neçə onlarla evin tikilməsi mümkün olan ərazi də müəyyənləşdirilib.

Üçüncü variant isə Kərki sakinlərinə kompensasiya ödənilməsi və onların başqa əraziyə köçürülməsidir.

banner

Əlaqəli Yazılar Xüsusi