Ev DünyaMeloni: “Heç kim gənc qadının üzünü gizlətməsinə qərar verə bilməz”

Meloni: “Heç kim gənc qadının üzünü gizlətməsinə qərar verə bilməz”

by Baş Redaktor
23 Baxış

İtaliyanın Baş naziri Corca Meloni hökumətin məktəblərdə burka və niqab taxılmasını qadağan edən, həmçinin siniflərdə xarici şagirdlərin sayını məhdudlaşdıran qanun layihəsi hazırladığını açıqlayıb.

Army.az xəbər verir ki, Meloni bu barədə rəhbərlik etdiyi “İtaliya Qardaşları” partiyasının gənclər qanadının tədbirində danışıb.

“Hazırlanan tədbir məktəbə uyğunlaşmaqda ciddi çətinlik yaşayan xarici tələbələrin valideynləri üçün italyan dilini öyrənmək öhdəliyi müəyyən edir. Həmçinin təhsil müəssisələrində burka və niqab taxılması qadağan edilir.

İtaliyada heç kim real və ya xəyali bir ənənə naminə gənc qadının üzünü gizlətməli olduğuna qərar verə bilməz”, – deyə Meloni bildirib.

banner

Əlaqəli Yazılar Xüsusi