ABŞ Prezidenti Donald Tramp İran ətrafında yaranmış vəziyyətlə bağlı gün ərzində bir sıra görüşlər keçirəcəyini açıqlayıb.
Army.az xəbər verir ki, Tramp bu barədə Nyu-York meri Zohran Mamdani ilə görüşünün ardından jurnalistlərə danışıb.
O, İranın hazırda ciddi çətinliklərlə üzləşdiyini bildirib:
“Onların vəziyyəti yaxşı deyil. Bu gün bu məsələ ilə bağlı görüşlərim də olacaq. Vəziyyətləri çox pisdir”.
Donald Tramp İran məsələsi ilə bağlı görüşəcəyi şəxslərin kim olduğunu açıqlamayıb.
