ABŞ hakimiyyəti 1961-ci ildən bəri ilk dəfə dörd hərbçini edam etməyi planlaşdırır, lakin bunun üçün prezident Donald Trampın müvafiq sərəncam imzalaması lazımdır.
Army.az xəbər verir ki, bu barədə ABC News telekanalı ABŞ Silahlı Qüvvələrinin sənədinə istinadən məlumat yayıb.
“Ordu, prezident müvafiq əmr verəcəyi təqdirdə, ölüm cəzasına məhkum edilmiş dörd hərbçinin hökmünün icrasına hazırlaşır”, – deyə telekanalın materialında bildirilir.
Qeyd olunur ki, amerikalı hərbçilər zorlamada ittiham olunaraq edam edilə bilər. Hökmün ABŞ-ın İndiana ştatının Terre-Haute şəhərində yerləşən həbsxanada icra olunması nəzərdə tutulur.
