Ev Hərbi XəbərlərPezeşkian: “Hava və quru yollarını bağlamağa çalışırlar”

Pezeşkian: “Hava və quru yollarını bağlamağa çalışırlar”

by Baş Redaktor
10 Baxış

İran Prezidenti Məsud Pezeşkian xarici qüvvələrin ölkəsinə qarşı təzyiq siyasəti yürütdüyünü iddia edib.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Pezeşkianın sözlərinə görə, İranı öz iradəsinə tabe etdirmək istəyən qüvvələr müxtəlif yollarla ölkəyə təzyiq göstərməyə çalışırlar:

“Onlar xalqımızı və millətimizi özlərinə tabe etmək üçün yolları bağlayırlar. Çünki buna hərbi yolla nail ola bilmədilər”.

banner

O qeyd edib ki, hazırda İranın müxtəlif istiqamətlərdə çətin vəziyyətə salınması üçün cəhdlər edilir:

“Həm hava, həm də quru yollarını bağlamağa çalışırlar. Ölkə daxilində parçalanmanı dərinləşdirmək, mediadan istifadə etmək və müxtəlif etnik qruplarla əlaqələr qurmaq istəyirlər”.

İran lideri hesab edir ki, bütün bunların əsas məqsədi ölkənin zəif tərəflərindən istifadə etməklə onu daxildən zəiflətmək və təslim olmağa məcbur etməkdir:

“Lakin biz Allahın köməyi ilə bütün bu cəhdləri puça çıxaracağıq”.

Əlaqəli Yazılar Xüsusi