Ev Hərbi XəbərlərUkraynada Avropa qoşunları yerləşdirilə bilər – Fransa rəsmisi

Ukraynada Avropa qoşunları yerləşdirilə bilər – Fransa rəsmisi

by Baş Redaktor
9 Baxış

Fransa Avropa məsələləri üzrə naziri Bencamin Addadın sözlərinə görə, Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi çərçivəsində ölkə ərazisində Avropa qoşunları yerləşdirilə bilər.

Army.az xəbər verir ki, o, bu barədə “RBK-Ukrayna”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna Avropa İttifaqının (Aİ) müdafiəsinin ilk xəttinə çevrilib. Bundan əlavə, o, Moskva ilə Kiyev arasında uzunmüddətli sülhün əldə olunmasına şübhə ilə yanaşır.

“Buna görə də biz uzunmüddətli perspektivdə təhlükəsizlik zəmanətlərini təmin etməli, Ukrayna ordusuna dəstək verməliyik. Ola bilsin ki, Ukrayna ərazisində Avropa qoşunları yerləşdirilsin. Çünki bilirik ki, Avropanın uzunmüddətli təhlükəsizliyi məsələsi məhz burada və gələcəkdə də həll olunacaq”, – deyə Addad bildirib.

banner

Əlaqəli Yazılar Xüsusi