Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampdan Çin lideri Si Cinpinlə əlaqə saxlayaraq Rusiya Prezidenti Vladimir Putinə müharibənin dayandırılması istiqamətində təsir göstərməsini xahiş etdiyini açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Zelenskinin sözlərinə görə, o, Trampa bu məsələdə Pekinin imkanlarından istifadə etməyə çağırış edib və Si Cinpinlə danışaraq müraciətini ona çatdırmasını istəyib.
Ukrayna lideri hesab edir ki, Çin Rusiyaya bir sıra istiqamətlərdə, o cümlədən enerji, dənizlərdə naviqasiya təhlükəsizliyi və taxıl ixracı məsələlərində təsir göstərə bilər.
Zelenski bildirib ki, Donald Tramp onun müraciətini Si Cinpinə çatdıracağını deyib.
