Ev Hərbi XəbərlərPezeşkian: Husilər İrandan göstəriş almır

Pezeşkian: Husilər İrandan göstəriş almır

by Baş Redaktor
19 Baxış

İran Prezidenti Məsud Pezeşkian Tehranın Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatı, yəni husilər üzərində göstərişverici rolunun olmadığını bildirib.

Army.az xəbər verir ki, Pezeşkian bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, husilər həyata keçirdikləri fəaliyyətə görə özləri cavabdehdirlər və İran tərəfindən verilən tapşırıqlar əsasında hərəkət etmirlər.

İran lideri qeyd edib ki, Tehranla husilər arasında əlaqələr mövcuddur. Bununla belə, o, tərəflər arasında müntəzəm və sistemli münasibətlərin olmadığını vurğulayıb.

banner

Pezeşkianın sözlərinə görə, İran husilərin fəaliyyətinə görə məsuliyyət daşımır.

Əlaqəli Yazılar Xüsusi