İran Prezidenti Məsud Pezeşkian Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammitində iştirak etmək üçün oktyabrın 26-da Rusiyaya səfər edəcək.
Army.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, sammit oktyabrın 27-də Moskvada keçiriləcək. Pezeşkianın tədbirdə çıxış edəcəyi gözlənilir.
Bir günlük səfər çərçivəsində İran prezidentinin sammitdə iştirak edən bir sıra ölkələrin dövlət başçıları ilə ikitərəfli görüşlər keçirməsi də istisna edilmir.
Səfərin İran-Rusiya münasibətləri və qaz ixrac edən ölkələr arasında əməkdaşlıq baxımından müzakirələrə yol açacağı gözlənilir.
