Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı arasında bu gün paytaxt Ankarada görüş baş tutacaq.
Army.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanəddin Duran məlumat verib.
Prezident Sarayında keçiriləcək görüşün Bakı vaxtı ilə saat 15:00-da başlaması planlaşdırılır.
Ərdoğan və Baxçalının görüş çərçivəsində hansı məsələləri müzakirə edəcəyi barədə isə hələlik rəsmi məlumat açıqlanmayıb.
