Ev Hərbi XəbərlərZelenskidən ərazi məsələləri ilə bağlı açıqlama: “Hazıram”

Zelenskidən ərazi məsələləri ilə bağlı açıqlama: “Hazıram”

by Baş Redaktor
42 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, müharibənin başa çatdırılması və ərazi məsələləri ilə bağlı qərarları yalnız Ukrayna və Rusiya liderləri müzakirə edə bilərlər.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Onun sözlərinə görə, Moskva ərazi məsələsini müharibənin bitməsi və təhlükəsizlik zəmanətləri ilə əlaqələndirir. Zelenski vurğulayıb ki, tərəfdaş ölkələr Ukraynanın bu məsələdəki mövqeyini və qırmızı xətlərini nəzərə alırlar. O əlavə edib ki, müharibə aparan ölkələrin ərazi məsələləri ilə bağlı qərar vermək səlahiyyəti başqa tərəflərə aid deyil.

Zelenski ABŞ-ın əvvəlki təkliflərinə də toxunub. O bildirib ki, Vaşinqton Donbasda və Kinburn dilində demilitarizasiya zonalarının yaradılması ideyasını irəli sürüb. Bu variantlar, eləcə də Zaporojye Atom Elektrik Stansiyasının gələcəyi və bəzi ərazilərlə bağlı mümkün mübadilə variantları müxtəlif sənədlərdə müzakirə olunub.

banner

Ukrayna liderinin sözlərinə görə, Donbasda təmas xəttinin hər iki tərəfində bufer və ya demilitarizasiya zonasının yaradılması təklifinə Kiyev kompromis çərçivəsində baxmağa hazır olub. Kinburn dili ilə bağlı variant isə ərazinin bir hissəsinin demilitarizasiya zonasına çevrilməsi və Ukraynanın nəzarətində saxlanmasını nəzərdə tutub.

Əlaqəli Yazılar Xüsusi