İspaniyada “Renfe” və “Iryo” şirkətlərinə məxsus iki sərnişin qatarının toqquşması ağır nəticələrə səbəb olub.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Hadisə nəticəsində azı 46 nəfər həyatını itirib.
Məlumata əsasən, Madriddən Sevilyaya hərəkət edən “Renfe” şirkətinin 2080 nömrəli qatarı eyni istiqamətdə gedən “Iryo” şirkətinin 6076 nömrəli qatarının arxa hissəsinə çırpılıb. Toqquşma nəticəsində “Iryo” qatarının arxadakı iki vaqonu relsdən çıxıb, dörd vaqon isə aşıb.
Qəza İspaniyanın Toledo vilayətinin Urda şəhərində baş verib. Hadisənin nəticələrinin əks olunduğu görüntülər də yayımlanıb.
