Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 8-ci sammitindən sonra yayılan fotolar sosial şəbəkələrdə diqqət çəkib.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Oktyabrın 27-də baş tutan tədbirdə iştirak edən Mozambik Prezidenti Daniel Çapo Rusiyaya səfəri zamanı çəkilmiş görüntüləri sosial media hesabında paylaşıb. Fotolardan birində onun Rusiya Prezidenti Vladimir Putinlə yanaşı dayanması istifadəçilərin diqqətini çəkib.
İki lider arasındakı nəzərəçarpan boy fərqi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Rəsmi məlumatlara əsasən, Daniel Çaponun boyu 204 santimetr, Vladimir Putinin boyu isə 170 santimetrdir.

