“Rusiya mümkün təhdidlərə qarşı güclü və hazırlıqlı olması vacibdir”.
Army.az xəbər verir ki, bunu Rusiyalı hərbi ekspert Andrey Kolesnik deyib.
Kolesnik hesab edir ki, Rusiyanın rəqibləri mümkün cavab zərbəsinin nəticələrini nəzərə almalıdırlar:
“Biz güclü olmalıyıq ki, rəqib istənilən an elə bir cavab verə biləcəyimizi anlasın ki, bundan sonra bir daha ayağa qalxa bilməsin”.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin zərbələrindən mülki və hərbi obyektlərin müdafiəsinin gücləndirilməsinin vacibliyini vurğulamışdı. O, Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin peşəkar fəaliyyət göstərdiyini, lakin bu sahədə görüləsi işlərin hələ də qaldığını qeyd etmişdi.
