Ev DünyaABŞ-da biznes-jet qəzaya uğradı: 9 nəfər öldü

ABŞ-da biznes-jet qəzaya uğradı: 9 nəfər öldü

by Baş Redaktor
30 Baxış

ABŞ-ın Florida ştatında yerləşən Qrinakres şəhərində “Learjet” markalı biznes-jetin qəzaya uğraması doqquz nəfərin ölümü ilə nəticələnib.

Army.az xəbər verir ki, bu barədə ABŞ-ın nəqliyyat naziri Şon Daffi sosial şəbəkə hesabında məlumat yayıb.

Nazirin açıqlamasına əsasən, Texasın Ostin şəhərindən havaya qalxan təyyarə Baham adalarına uçurmuş. Hadisə zamanı hava gəmisində olan doqquz nəfərin heç biri sağ qalmayıb.

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və Nəqliyyat Nazirliyi qəzanın başvermə səbəblərini müəyyənləşdirmək üçün araşdırmalara başlayıb.

banner

Hazırda təyyarənin düşdüyü ərazidə olan digər şəxslərin xəsarət alıb-almaması və ya ölənlərin olub-olmaması barədə rəsmi məlumat açıqlanmayıb.

Əlaqəli Yazılar Xüsusi