Ev DünyaPaşinyan izləyicilərinə müraciət etdi: “İndi mən nə edim?”

Paşinyan izləyicilərinə müraciət etdi: “İndi mən nə edim?”

by Baş Redaktor
40 Baxış

Ermənistanın baş naziri Nikol Paşinyan elektron poçtuna daxil olan məktubların sayının kəskin artmasından şikayətlənib.

Army.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki paylaşımında yazıb.

Paşinyan bildirib ki, ötən gün elektron poçtunda oxunmamış məktub qalmayıb və bütün mesajları nəzərdən keçirib. Lakin bu gün səhər poçt qutusunu açarkən çoxsaylı yeni məktublarla qarşılaşıb.

“Dünən oxunmamış sıfır məktubum var idi, yəni bütün məktubları oxumuşdum. Bu gün səhər gəlirəm, elektron poçtumu açıram və məktubların ardı-arası kəsilmir. Bəs indi mən nə edim?” – deyə baş nazir paylaşımında qeyd edib.

banner

Əlaqəli Yazılar Xüsusi