Ev Hərbi Xəbərlərİranlı deputat: ABŞ ərazisinə çata bilən raketlərimiz var

İranlı deputat: ABŞ ərazisinə çata bilən raketlərimiz var

by Baş Redaktor
30 Baxış

İran parlamentinin deputatı Kamran Qəzənfəri ölkəsinin nüvə silahına sahib ola biləcəyini istisna etməyib. O, ABŞ və İsrailin Tehrana qarşı nüvə təhdidlərinə əl atacağı təqdirdə İranın da adekvat cavab verə biləcəyini iddia edib.

Army.az xəbər verir ki, deputat bu fikirləri İranın nüvə silahı əldə etmək imkanları ilə bağlı yerli medianın sualını cavablandırarkən səsləndirib.

Qəzənfərinin sözlərinə görə, ABŞ-ın Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn və Küveytdə yerləşən hərbi bazalarından İrana qarşı əməliyyat keçirməsi halında Tehran Avropa və ABŞ ərazisindəki hədəflərə cavab zərbələri endirmək imkanına malikdir.

Parlament üzvü İranın uzun müddətdir uzaqmənzilli raketlər, o cümlədən qitələrarası ballistik raketlər istehsal etdiyini iddia edib. Onun fikrincə, ölkənin raket arsenalı dünyanın uzaq bölgələrini, hətta ABŞ ərazisini belə hədəfə almağa imkan verir.

banner

Əlaqəli Yazılar Xüsusi