Ev DünyaQalibafdan Vaşinqtona sərt mesaj: “İranın cavabı Ağ Evə kabus olacaq”

Qalibafdan Vaşinqtona sərt mesaj: “İranın cavabı Ağ Evə kabus olacaq”

by Baş Redaktor
16 Baxış

İran parlamentinin sədri Məhəmməd Bağı Qalibaf ABŞ-da keçirilən aralıq seçkilərinin ilkin nəticələrini şərh edərək Donald Trampın Respublikaçılar Partiyasının seçkidəki məğlubiyyətinə münasibət bildirib.

Army.az xəbər verir ki, bu barədə Qalibaf sosial şəbəkə hesabında paylaşım edib.

O, amerikalı seçicilərin istər şəxsi mövqeləri, istərsə də artan yaşayış xərclərinin təsiri ilə müharibəyə qarşı olduqlarını nümayiş etdirdiklərini bildirib.

“İstər vicdanlarının səsinə qulaq asaraq, istərsə də yaşayış xərclərinin təzyiqi altında, Amerika xalqı müharibəyə “yox” dedi. Biz də bu mesajı təsdiqləyirik”, – deyə parlament sədri qeyd edib.

banner

Qalibaf, həmçinin Vaşinqtonun seçicilərin iradəsinə zidd addım atacağı təqdirdə İranın sərt cavab verəcəyini iddia edib. Onun sözlərinə görə, belə bir vəziyyətdə Tehranın reaksiyası Ağ Ev üçün ciddi problemə çevrilə bilər.

Əlaqəli Yazılar Xüsusi