Rusiya ordusu son yeddi gün ərzində Ukrayna ərazisindəki müxtəlif hərbi və strateji obyektlərə genişmiqyaslı hücumlar həyata keçirib.
Army.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Nazirliyin açıqlamasına görə, hücumların əsas hədəfləri Ukraynanın müdafiə sənayesi müəssisələri, logistika qovşaqları, enerji və nəqliyyat infrastrukturu olub. Həmçinin qanadlı raketlərin istehsal edildiyi müəssisələr və onların saxlanıldığı obyektlər də zərbələrə məruz qalıb.
Rusiya hərbi qurumu ötən həftə ərzində hava hücumundan müdafiə sistemlərinin Ukraynaya məxsus dörd “Flamingo” qanadlı raketini və 5 315 pilotsuz uçuş aparatını məhv etdiyini iddia edib.
Bundan əlavə, nazirlik Ukraynaya silah və hərbi texnika daşınmasında istifadə olunan 14 quru nəqliyyat gəmisinin də hücuma məruz qaldığını açıqlayıb.
Qeyd edək ki, açıqlanan məlumatlar Rusiya Müdafiə Nazirliyinin iddialarına əsaslanır.
