Ev Hərbi XəbərlərÜç gündür davam edən problem – Ukrayna ordusunun planları pozulur

Üç gündür davam edən problem – Ukrayna ordusunun planları pozulur

by Baş Redaktor
48 Baxış

Ukrayna ordusunun istifadə etdiyi ABŞ istehsalı “Starshield” peyk rabitəsi sistemində yaranan mümkün məhdudiyyətlərin hərbi əməliyyatlara ciddi təsir göstərdiyi bildirilir.

Army.az xəbər verir ki, “Axios” nəşri adının açıqlanmasını istəməyən ukraynalı rəsminin açıqlamasına istinadən sistemdəki problemlərin planlaşdırılan missiyaların icrasına mane olduğunu yazıb.

“Hazırda bu məhdudiyyətlərə görə nəzərdə tutulan missiyaların 100 faizi pozulur”, – deyə mənbə bildirib.

Ukraynalı rəsminin sözlərinə görə, peyk rabitəsindəki çətinliklər artıq üç gündür davam edir. Bununla belə, “Axios” hansı konkret hərbi tapşırıqların yerinə yetirilmədiyini dəqiqləşdirməyib.

banner

“SpaceX” şirkəti isə “Starshield” sisteminə hər hansı məhdudiyyət qoyulması barədə məlumatları təkzib edib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski də sistemin fəaliyyətində ciddi problemlərin yarandığını açıqlamışdı. O bildirmişdi ki, peyk rabitəsi yalnız saatda 161 kilometrdən aşağı sürətlə hərəkət edən vasitələrdə işləyir.

Əlaqəli Yazılar Xüsusi