Ev Hərbi XəbərlərUkraynanın bu vilayətinə kütləvi hücum: 877 zərbə, 32 yaralı var

Ukraynanın bu vilayətinə kütləvi hücum: 877 zərbə, 32 yaralı var

by Baş Redaktor
76 Baxış

Rusiya ordusunun Zaporojye vilayətinə endirdiyi kütləvi zərbələr nəticəsində 32 nəfər xəsarət alıb. Yaralılar arasında dörd uşaq da var. Hücumlar vilayətin 48 yaşayış məntəqəsini əhatə edib.

Army.az xəbər verir ki, bu barədə Zaporojye Vilayəti Müdafiə Şurasının həmsədri İvan Fyodorov məlumat verib.

Onun bildirdiyinə görə, son 24 saat ərzində Rusiya qüvvələri Zaporojye şəhərinə və vilayətin digər ərazilərinə 34 aviazərbə endirib. Hücumlarda əsasən FPV tipli olmaqla, müxtəlif modifikasiyalı 685 pilotsuz uçuş aparatından istifadə edilib.

Bundan başqa, Rusiya ordusu vilayət ərazisini reaktiv yaylım atəşi sistemlərindən 4, artilleriyadan isə 154 dəfə atəşə tutub. Ümumilikdə qeydə alınan zərbələrin sayı 877-yə çatıb.

banner

Əlaqəli Yazılar Xüsusi