Ev Hərbi XəbərlərAFP: Fransa hərbçiləri bir neçə aydır Ukraynada fəaliyyət göstərir

AFP: Fransa hərbçiləri bir neçə aydır Ukraynada fəaliyyət göstərir

by Baş Redaktor
74 Baxış

Fransa hərbçilərindən ibarət kiçik qrupun bir neçə aydır Ukrayna ərazisində fəaliyyət göstərdiyi bildirilir.

Army.az xəbər verir ki, fransalı hərbi mütəxəssislər Ukrayna ordusunun hərbçilərinə təlim keçir, həmçinin hərbi texnikanın texniki xidmətinə dəstək göstərirlər.

Mənbənin sözlərinə görə, fransalı təlimatçılar vaxtaşırı Fransa, Polşa və Ukrayna arasında hərəkət edirlər.

Onların fəaliyyəti yalnız təlim və texniki dəstəklə məhdudlaşır. Bildirilir ki, fransalı hərbçilərin döyüş əməliyyatlarında iştirak etmək və ya silahlı qarşıdurmaya qoşulmaq niyyəti yoxdur.

banner

Əlaqəli Yazılar Xüsusi