Ev Hərbi XəbərlərAİ Ukraynaya raket və dronların alınması üçün 1,76 milyard avro ayırdı

Aİ Ukraynaya raket və dronların alınması üçün 1,76 milyard avro ayırdı

by Baş Redaktor
52 Baxış

Avropa Komissiyası Ukraynaya raket və pilotsuz uçuş aparatlarının (PUA) satın alınması üçün 1,76 milyard avro vəsait ayırıb.

Army.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Balaş Uyvari məlumat verib.

Bildirilib ki, ayrılan maliyyə hesabına Ukrayna ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər əldə edə bilməyəcək. Belə ki, bu maliyyə paketi çərçivəsində alınacaq bütün silah və hərbi təyinatlı məhsullar Avropa İttifaqı ölkələrində və Ukraynada istehsal olunmalıdır.

Əlaqəli Yazılar Xüsusi