Ermənistanda yeni Konstitusiyanın hazırlanması istiqamətində növbəti mərhələyə keçilir. Sənədin ilkin layihəsinin noyabrın 23-də ictimaiyyətə açıqlanması planlaşdırılır.
Army.az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan məlumat verib.
O, həmçinin yaxın günlərdə ölkə vətəndaşlarına xüsusi müraciətlə çıxış edəcəyini bildirib.
Qeyd edək ki, Paşinyan daha əvvəl hökumətin iclasında müxalifətə yeni Konstitusiya ilə bağlı ümumxalq səsverməsinin keçirilməsini təklif etmişdi. Baş nazir referendumun nəticəsindən asılı olaraq siyasi gələcəyi ilə bağlı qərar verəcəyini də açıqlamışdı. Belə ki, layihə xalq tərəfindən dəstəklənməsə, vəzifəsindən ayrılacağını, qəbul olunacağı təqdirdə isə növbəti parlament seçkilərində baş nazir postu uğrunda mübarizə aparmayacağını bildirmişdi.
