Ev GündəmKobaxidzedən Ermənistanın konstitusiya islahatları ilə bağlı açıqlama

Kobaxidzedən Ermənistanın konstitusiya islahatları ilə bağlı açıqlama

by Baş Redaktor
42 Baxış

Gürcüstan Ermənistanın konstitusiya islahatları ilə bağlı planlarına münasibət bildirib.

Army.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında Ermənistan hökumətinə nəzərdə tutulan konstitusiya dəyişikliklərinin həyata keçirilməsində uğurlar arzuladıqlarını deyib.

Baş nazir vurğulayıb ki, konstitusiya islahatları ilə bağlı qərar Ermənistanın öz suveren səlahiyyətinə daxildir. Dəyişikliklərin hüquqi normalara uyğunluğu məsələsinə isə İrəvanın özü qiymət verməlidir.

Kobaxidze çıxışında məsələyə ironik yanaşaraq qondarma vətəndaş fəallarını İrəvana gedib konstitusiya dəyişikliklərinə etiraz etməyə çağırdıqlarını bildirib və bunun zarafat olduğunu qeyd edib.

banner

O, Gürcüstan və Ermənistan arasında səsvermə hüququnun tənzimlənməsində fərqlərin olduğunu da diqqətə çatdırıb. Baş nazirin sözlərinə görə, Gürcüstanda ölkə ərazisində olan şəxslər vətəndaşlıq statusundan asılı olmayaraq səsvermə hüququna malikdirlər. Ermənistanda isə seçki hüququndan istifadə etmək üçün ölkədə ən azı bir il yaşamaq tələbi mövcuddur.

Gürcüstan hökumətinin rəhbəri Ermənistanın bu istiqamətdə atdığı addımların ölkənin daxili qərarı olduğunu bir daha vurğulayaraq, İrəvanla dostluq münasibətlərinə və qarşılıqlı hörmətə önəm verdiklərini bildirib.

Əlaqəli Yazılar Xüsusi