33
“İsrail açıq şəkildə İordan çayının qərb sahilini yeni Qəzzaya çevirmə planından danışır və bu, aparteidin yenidən dirçəldilməsinə cəhd deməkdir”.
Army.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, həmçinin qeyd edib ki, Cənubi Afrikada 32 il əvvəl süqut edən aparteidin “rüsvayçılığı” İsrail tərəfindən Fələstinli məhbuslara tətbiq olunan ölüm cəzası vasitəsilə yenidən ortaya çıxarılır.