41
Avropa İttifaqı 22 apreldə Ukraynaya 2026–2027-ci illər üçün 90 milyard avro kredit ayrılması ilə bağlı mühüm qərarlar qəbul edəcək.
Army.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.
“Ukrayna üçün 90 milyard avro ilə bağlı çərşənbə günü mühüm qərarlar qəbul edəcəyik”, -deyə qeyd edib.