Ukraynada “Swan-X 20” adlı yeni pilotsuz uçuş aparatı ictimaiyyətə təqdim edilib.
Army.az xəbər verir ki, bu sistem 250 kilometrədək uçuş məsafəsinə malik olmaqla yanaşı, 20 kiloqrama qədər faydalı yük daşıya bilir.
Ukrayna Müdafiə Sənayesi Milli Birliyi bildirib ki, sözügedən aparat “Wings & Quadro” şirkəti tərəfindən hazırlanıb.
Qeyd olunur ki, “Swan-X 20” Ukrayna ilə Slovakiya arasında həyata keçirilən birgə layihə çərçivəsində yaradılıb və əsasən uzaq məsafəli zərbə əməliyyatları üçün nəzərdə tutulub.
