Baltik dənizi üzərində uçuş həyata keçirən iki Rusiya “Tupolev Tu-22M3” bombardmançısı NATO-nun altı ölkəsinin qırıcı təyyarələri tərəfindən müşayiət olunub.
Army.az xəbər verir ki, bu barədə “Military Watch Magazine” məlumat yayıb.
Uçuş zamanı “Tu-22M3” təyyarələrini növbə ilə “Sukhoi Su-30” və “Sukhoi Su-35” qırıcıları müşayiət edib.
Qərb mənbələrinin məlumatına görə, Rusiya uçuşunu izləmək üçün NATO-nun Fransa, İsveç, Finlandiya, Polşa, Danimarka və Rumıniya kimi altı üzv ölkəsinin qırıcıları havaya qaldırılıb.
Nəşr yazır ki, Tu-22M3 bombardmançısı Kh-22 raketləri ilə birlikdə NATO-nun çəkindirmə strategiyasında mühüm rol oynayır. Məlumatda qeyd olunur ki, 2010-cu illərin ortalarından etibarən bu bombardmançılar daha təkmilləşdirilmiş Kh-32 raketləri ilə təchiz olunmağa başlayıb; bu raketlərin daha güclü idarəetmə sistemi, elektron mübarizə imkanları və 1000 kilometrdən artıq uçuş məsafəsi olduğu bildirilir.
