Rusiya istehsalı T-72 tankı dünyanın ən yaxşı döyüş tankları siyahısında ilk yerə layiq görülüb.
Army.az xəbər verir ki, bu barədə “The National Interest” məlumat yayıb.
Bildirilir ki, bu model effektiv zirehli texnika üçün əsas meyarlara cavab verir. Tankın bir çox ölkədə istifadə olunması onun ehtiyat hissələri və logistikasını daha əlçatan və davamlı edir.
Nəşr qeyd edir ki, T-72 istifadədə sadəliyi və nisbətən aşağı qiyməti ilə seçilir. Məqalədə həmçinin vurğulanır ki, pilotsuz uçuş aparatları və müasir döyüş şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, bu tank öz funksiyasını yerinə yetirməkdə davam edir.
