Rusiya hərbçiləri aprelin əvvəlindən etibarən Xarkov vilayəti ərazisində Ukrayna Silahlı Qüvvələrinə məxsus 100-dən çox anbarı məhv etdiklərini iddia ediblər.
Army.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.
Bildirilib ki, 11-ci Ordu Korpusu və “Şimal” qruplaşmasına daxil bölmələr yanacaq, ərzaq və döyüş sursatı saxlanılan sahə anbarlarını, eləcə də təchizat məntəqələrini hədəfə alıb:
“Bu istiqamətdə təchizat xətləri Rusiya hava kəşfiyyatı tərəfindən nəzarətdə saxlanılır və hədəflərin vurulmasında qəlpəli-fuqas və yandırıcı döyüş sursatlarından istifadə olunur.
22 apreldə isə Rusiya Silahlı Qüvvələrinin Ukrayna Silahlı Qüvvələri mövqelərinə Xarkov vilayətində genişmiqyaslı zərbələr endirilib”.
