“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından ( KTMT) çıxması vəziyyətdən asılıdır”.
Army.az xəbər verir ki, bunu jurnalistlərlə görüşündə Baş nazir Nikol Paşinyan bildirib.
“De-yure və qəti şəkildə geri çəkilib-çəkilməyəcəyimiz başqa məsələdir. İndi deyə bilmərəm. Buna görə də vəziyyətə uyğun hərəkət edəcəyik”, – deyə o bildirib.
Paşinyan həmçinin seçki platformasında Ermənistanın təşkilata üzvlüyünün dondurulması ilə bağlı addımların olmadığını da təkrarladı.
