ABŞ Prezidenti Donald Tramp İsrail ilə Livan arasında qüvvədə olan atəşkəsin daha üç həftə müddətinə uzadıldığını açıqlayıb.
Army.az xəbər verir ki, o, bu barədə “Truth Social” platformasında paylaşım edib.
“İsrail və Livan arasında atəşkəs rejimi əlavə olaraq üç həftə davam edəcək. Yaxın vaxtlarda İsrailin baş naziri Benyamin Netanyahu və Livan Prezidenti Cozef Aunu qəbul etməyi səbirsizliklə gözləyirəm. Bu tarixi görüşdə iştirak etmək mənim üçün böyük şərəfdir”, – deyə paylaşımda qeyd olunub.