İranın xarici işlər naziri Abbas Əraqçi kiçik müşavir heyəti ilə İslamabada gedir.
Army.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Pakistan hökumətindəki mənbənin bildirdiyinə görə, ABŞ-la sülh danışıqlarının keçirilməsi ehtimalı kifayət qədər yüksəkdir.
Eyni zamanda qeyd olunur ki, ABŞ-ın logistika və təhlükəsizlik üzrə mütəxəssis qrupu artıq görüşün hazırlanması məqsədilə İslamabadda yerləşir. Lakin ABŞ-ın görüşdə iştirak edib-etməyəcəyi ilə bağlı rəsmi məlumat verilməyib.
