ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ağ Ev müxbirləri ilə keçirilən şam yeməyi zamanı baş verən atışma insidentini İranla mümkün müharibə ilə əlaqələndirməyə uyğun deyil.
Army.az xəbər verir ki, o bu barədə “NBC News” -da çıxışında qeyd edib.
ABŞ lideri qeyd edib ki, yekun nəticələr çıxarmaq üçün hələ tezdir:
“Mən belə düşünmürəm, amma heç vaxt tam əmin olmaq olmur. Biz çox şey öyrənəcəyik. Dünyanın ən yaxşı mütəxəssisləri bu məsələ üzərində işləyir və biz çox şey öyrənəcəyik”.
Xatırladaq ki, hadisə aprelin 25-i axşam saatlarında Ağ Evdə akkreditə olunmuş müxbirlərin assosiasiyasının qəbulunda baş verib. Şahidlərin sözlərinə görə, zaldan kənarda atəş səsləri eşidilib və mühafizə əməkdaşları dərhal prezidenti bədənləri ilə qoruyublar. Donald Tramp ilə yanaşı, birinci xanım Melania Tramp və Ağ Evin mətbuat katibi Karoline Leavitt də təxliyə olunub.
