22
Malinin müdafiə naziri Sadio Kamaran həyatını itirib.
Army.az xəbər verir ki, bu barədə “Jeune Afrique” nəşri məlumat yayıb.
Mənbənin yazdığına görə, hadisə aprelin 25-də Katı şəhərində yerləşən hərbi bazanın yaxınlığında baş verib. Partlayıcı maddələrlə yüklənmiş yük maşınının partlaması nəticəsində nazir həlak olub.
Rəsmi qurumlar isə hələlik Sadio Kamaranın ölümü ilə bağlı açıqlama yaymayıblar.
