Rusiya gecə saatlarında Ukrayna ərazisinə ümumilikdə 94 pilotsuz uçuş aparatı (PUA) buraxıb. Onlardan təxminən 60-ı “Şahed” tipli dronlar olub.
Army.az xəbər verir ki, bu barədə “RBK Ukrayna” məlumat yayıb.
Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin məlumatına görə, ölkənin şimalı, cənubu və şərqində 74 düşmən dronu – “Şahed”, “Gerbera”, “İtalmas” və digər tiplər – vurularaq zərərsizləşdirilib.
Bununla belə, 20 zərbə dronunun 15 müxtəlif nöqtədə hədəflərə düşdüyü bildirilir. Eyni zamanda vurulan dronların qalıqlarının (fraqmentlərinin) 11 fərqli əraziyə düşdüyü qeyd olunur.
