NATO hərbi təlimlərində Ukrayna pilotsuz uçuş aparatları operatorlarının “şərti rəqib” rolunda istifadə edildiyi bildirilir. Təlim ssenarilərinə əsasən, onlar alyans qüvvələrinə qarşı dron hücumları həyata keçirirlər.Bu yanaşma NATO-ya müasir döyüş şəraitində, xüsusilə pilotsuz sistemlərin kütləvi istifadəsi kimi yeni təhlükələrə qarşı hazırlığını yoxlamağa imkan verir.
Army.az xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin sədri, admiral Cüzeppe Kavo Draqone məlumat verib.
O bildirib ki, bu təcrübə artıq bir çox alyans ölkələrində geniş tətbiq olunur.
Admiralın sözlərinə görə, Ukrayna hərbçiləri təlimlər zamanı tez-tez “qırmızı komanda” rolunu oynayır və dronlara qarşı mübarizə ssenarilərində iştirak edirlər.
NATO rəsmiləri Ukrayna bölmələrinin iştirakı ilə keçirilən məşqlərin daha real və çətin şərait yaratdığını vurğulayır. Bu da alyans qüvvələrini döyüş taktikasını yeniləməyə məcbur edir.
