Ev İqtisadiyyatPakistan İrana tranzit ticarətə icazə verdi – yeni qanun qüvvədə

Pakistan İrana tranzit ticarətə icazə verdi – yeni qanun qüvvədə

by Baş Redaktor
28 Baxış

Pakistan regional ticarətin genişləndirilməsi istiqamətində yeni qərar qəbul edərək İranla yükdaşımalar üçün tranzit imkanlarını açıb.

Army.az xəbər verir ki, bu barədə “The Express Tribune” nəşri məlumat yayıb.

“Pakistan Ticarət Nazirliyi tərəfindən hazırlanan “İranla tranzit ticarət – 2026” adlı yeni hüquqi çərçivə artıq qüvvəyə minib.

Yeni qaydalara əsasən, üçüncü ölkələrdən gələn mallar Pakistan ərazisindən keçməklə İrana daşına biləcək. Qərar regionda ticarət əlaqələrinin inkişafı baxımından mühüm addım kimi qiymətləndirilir.

banner

Bunun üçün Pakistan hökuməti 1950-ci il “İdxal və ixrac nəzarəti haqqında” qanuna dəyişikliklər edib və tranzit sisteminin hüquqi əsaslarını yeniləyib.

Rəsmilər bildiriblər ki, yeni mexanizm yalnız xarici mənşəli mallara şamil olunur. Eyni zamanda Qvadar, Karaçi və Qasım limanlarının əsas logistika mərkəzlərinə çevriləcəyi və yükdaşımada çevikliyin artacağı qeyd olunur”, – deyə qeyd edilib.

Əlaqəli Yazılar Xüsusi