“Yaxın vaxtlarda İranın neft hasilatında ciddi geriləmə baş verə bilər və ölkə daxilində yanacaq çatışmazlığı riski artır”.
Army.az xəbər verir ki, bu fikirləri ABŞ-ın maliyyə naziri Skott Bessent deyib.
Onun sözlərinə görə, ABŞ tərəfindən tətbiq olunan məhdudiyyətlər fonunda İranın enerji sektoru zəifləyir və istehsal tədricən dayanma nöqtəsinə yaxınlaşır.
Nazir əlavə edib ki, SEPAH rəhbərliyinin ağır vəziyyətdə olduğu bir vaxtda ölkənin neft sənayesi də ciddi təzyiq altındadır və bu proses davam edərsə, yaxın perspektivdə yanacaq qıtlığı qaçılmaz ola bilər.
