Ev SiyasətRusiyadan Karapetyan üçün Ermənistana gələnlər həbs ediləcək – SƏBƏB

Rusiyadan Karapetyan üçün Ermənistana gələnlər həbs ediləcək – SƏBƏB

by Baş Redaktor
24 Baxış

“Xaricdə yaşayan Ermənistan vətəndaşları seçkilərdə iştirak məqsədilə rüşvət alaraq ölkəyə qayıdarlarsa, onlar İrəvan hava limanında saxlanıla bilərlər”.

Army.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan deyib.

Onun sözlərinə görə, seçki prosesində rüşvət almaq cinayət sayılır və müvafiq qurumlar yalnız ölkə daxilində deyil, xaricdə də bu halları izləyir.

Rubinyan əlavə edib ki, bəzi şəxslərin dini və ya şəbəkə əlaqələri vasitəsilə seçki rüşvəti alması da nəzarətdə saxlanılır və bu cür fəaliyyətlər xüsusi xidmət orqanlarının diqqət mərkəzindədir.

banner

O vurğulayıb ki, belə hallara yol verən şəxslər Ermənistana daxil olan kimi qanun qarşısında cavab verməli olacaqlar.

Yerli mediada yayılan iddialara görə, Rusiyada yaşayan 100 mindən artıq Ermənistan vətəndaşının seçkilər zamanı müəyyən təsir və ya maliyyə stimulları qarşılığında səsvermə üçün ölkəyə gətirilə biləcəyi ehtimal olunur.

Məlumatlara əsasən, bu prosesin arxasında əsas məqsədin rusiyalı biznesmen və “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan üçün siyasi dəstəyin gücləndirilməsi olduğu iddia edilir.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment